AZ

Terziç tanınmış Fransa komandasının baş məşqçisi olmağa yaxındır

Fanat saytına istinadən ain.az xəbər verir.

Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Edin Terziç tanınmış Fransa komandasının "sükanı arxası"na keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Équipe" yayıb.

Məlumata görə, o, indiki çalışdırıcı Adi Hütteri yola salmağa hazırlaşan "Monako" ilə müqavilə bağlamağa yaxındır. Mənbə Terziçin baş məşqçi postunu tutmağa əsas namizəd olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda 13 xalı olan "Monako" Liqa1-in turnir cədvəlində 5-ci yerdədir. Komanda Çempionlar Liqasında ilk 2 oyuna 1 xal toplayıb. Knyazlıq təmsilçisi "Brügge"yə 1:4 hesabı ilə yenilibsə, "Mançester Siti" ilə məhsuldar bərabərliyə razılaşıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
fanat.az

2Mənbələr