Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Gürcüstanın aparıcı ictimai televiziyası - "1TV.GE"nin informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşündən material təqdim edib.
Mənbə qeyd edib ki, Azərbaycan və gürcü dilində yayımlanan xəbərdə dövlət başçısının Azərbaycanla Ermənistan arasındakı sülh razılaşmasına dair fikirləri əksini tapıb. Prezident İlham Əliyevin nitqindən gətirilən sitatda deyilir ki, sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir.
İtaliyanın media orqanları bu ölkənin Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinə geniş yer ayırıb.
ANSA, "Italpress" kimi informasiya resurslarında dərc olunan xəbərlərdə Sercio Mattarellanın səfərinin ikinci günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdiyi bildirilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Prezidentin Kopenhagendə keçirdiyi görüşlər gürcü mediasının diqqətində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.