ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov olub.
O öz həyatında yaşadığı çətinliklərdən söz açıb: "İnsan çətinlik çəkməsə, inkişaf edə bilməz. Çətinliklər bizi həm də daha dayanıqlı edir. 15 yaşıma qədər gəzə bilməmişəm, sadəcə iməkləmişəm. Sonra gəzmək istədim. Evdə məşq etdim, nəhayət, qoltuqağacı ilə gəzməyi bacardım. Bunu isə o vaxtlar sevdiyim qızla daha çox vaxt keçirmək üçün etdim".
Murad Məmmədov, həmçinin cəmiyyətdə əlil insanlara qarşı olan yanlış yanaşmalardan danışıb:
"Əlilliyi olan insanların şikayətləri daha çox daxili komplekslərindən qaynaqlanır. Amma insanların sənə yazıq kimi baxması həqiqi kimliyini dəyişmir. Cəmiyyətdə əlilliyi olan insanlara çox həssas yanaşmaq da bir problemdir. Bu onlara xoş deyil. Biganəliklə yaxşılıq arasında tarazlığı qorumaq lazımdır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Murad Məmmədov: "Əlilliyi olan insanlara çox həssas yanaşmaq da onlara xoş deyil"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.