AZ

İranda hicabsız məclis in iştirakçılarına qarşı cinayət işi açıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkələrdə İranın Kiş adasında "Qəhvə məclisi" adı altında keçirilən əyləncə gecəsinin videoları yayıldıqdan sonra prokurorluq cinayət işinin açıldığını və tədbirin təşkilatçılarının həbs edildiyini açıqlayıb.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, prokuror Əli Salemizadə bu məclisi "qanunsuz" adlandıraraq, Kişdəki bütün restoranların İslam qanunlarına və ölkənin mövcud qaydalarına ciddi şəkildə riayət etmələrinin tələb olunduğunu vurğulayıb. O, həmçinin bəyan edib ki, belə tədbirlərin keçirilməsinə icazə verən bütün vəzifəli şəxslər barəsində zəruri tədbirlər görüləcək.

Qeyd olunur ki, hökumət son vaxtlar həm vətəndaşlar, həm də sahibkarlar arasında hicabın məcburi geyilməsi, rəqsə və spirtli içkilərin istehlakına qadağalara əməl olunmasına nəzarəti gücləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr