ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyada prokuror Moskvanın Presnensk Məhkəməsindən teleaparıcı Tatyana Lazarevanın yeddi il azadlıqdan məhrum edilməsinə dair qiyabi hökm çıxarılmasını istəyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, prokuror tələbini Lazarevanın xarici agent öhdəliklərini icra etməkdən yayınması ilə əsaslandırıb.
Məlumata görə, teleaparıcı bu il öz "Telegram" kanalında materiallar dərc edərkən xarici agent işarəsini qoymayıb.
Qeyd edək ki, Lazareva Rusiyada xarici agent kimi tanınaraq terrorçular və ekstremistlər reyestrinə salınıb.
Tatyana Lazareva Rusiyada tanınmış aktrisa, müğənni, ictimai xadim və keçmiş KVN-çidir. O, 2016-cı ildən İspaniyanın Marbelya şəhərində yaşayır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.