Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda açılan 11-ci Enerji Səmərəliliyi Forum və Sərgisindəki çıxışında bildirib ki, əlverişli qiymətə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sayəsində Türkiyə yaşıl enerji investisiyalarında qlobal liderə çevrilib.
Türkiyənin dövlət xəbər agentliyinin məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkə təkcə 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 60%-dən çox artırıb və Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu tezliklə elektrik enerjisi istehsal etməyə başlayacaq.
Ərdoğan əlavə edib ki, Türkiyə, eyni zamanda, görünməmiş səviyyədə təmiz və sərfəli elektrik enerjisi istehsalına imkan verəcək yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparır.
//Samir Qurbanov, Editor.az