"Monako" baş məşqçi Adi Hütterlə yollarını ayırmağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, avstriyalı mütəxəssisin işindən narazı olan klub rəhbərliyi yaxın günlərdə onu istefaya göndərə bilər.
Qeyd edək ki, Adi Hütter 2023-cü ilin yayından "Monako"nu çalışdırır. Onun komandası hazırda Liqa 1-də 7 turdan sonra 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.