Özbəkistan futbol yığmasının yeni baş məşqçisi olacağı gözlənilən Fabio Kannavaro ölkəyə gəlib.
Offsideplus.az xəbər verir ki, futbol federasiyası italiyalı mütəxəssislə danışıqlar aparıldığını təsdiqləyib.
Özbəkistan Dünya çempionatına vəsiqəni təmin edib. Onlar mundiala Kannavaronun rəhbərliyi altında gedəcək.
Qeyd edək ki, o, futbolçu kimi İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu olub.