AZ

ADY tərəfindən inşa edilən Dərnəgül stansiyasında işlər nə yerdədir? AÇIQLAMA

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisi davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Qeyd edilib ki, tikinti işləri çərçivəsində 2 turniket binası, 1 piyada keçidi, 4 ədəd platforma inşa olunacaq:

"Hazırda ərazidə platformaların tikintisi və qazma işləri davam etdirilir. Tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması gözlənilir".

Həmçinin vurğulanıb ki, Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
avtosfer.az

3Mənbələr