Azərbaycanəsilli rusiyalı müğənni, teleaparıcı, aktyor və komik Timur Rodrigez (əsl adı Timur Kərimovdur – red.) keçmiş xanımı Anna Devoçkinanı məhkəməyə verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gazeta.ru yazıb.
Bildirilib ki, Rodrigez tutulan alimentin məbləğinin məhkəmə vasitəsilə dəyişdirilməsini istəyir. İş üzrə məhkəmə 2025-ci il noyabrın 10-na nəzərdə tutulub.
Xatırladaq ki, Rodrigezin Devoçkina ilə nikahdan Migel və Daniel adlı iki oğlu var. Şoumen 2023-cü ildə 16 illik evlilikdən sonra Anna Devoçkinadan boşandığını açıq elan edib.