AZ

AZƏRBAYCAN–İTALİYA MÜNASİBƏTLƏRİ UĞURLA DAVAM ETDİRİLİR » AzadMedia.az


Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad, qarşılıqlı fayda və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur. Hər iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf etməkdədir.

Xam neft və neft məhsullarının ixracı istiqamətində İtaliya Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Ölkəmizin Avropaya enerji ixracında İtaliya xüsusi rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) kimi strateji layihələr Azərbaycan–İtaliya enerji tərəfdaşlığının bariz nümunəsidir. Bu layihələr təkcə iki ölkə arasındakı əməkdaşlığı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.

Energetika sahəsində əldə olunan uğurlar digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar açmışdır. Bugün Azərbaycan ilə İtaliya arasında sənaye, kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət istiqamətlərində də bir sıra birgə təşəbbüslər həyata keçirilir. İtaliya Azərbaycanın Avropadakı əsas investisiya tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin qeyri-neft sektoruna da artan maraq göstərir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə yüksəlmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən layihələr iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu gün əldə olunan nəticələr Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm rol oynayır və Azərbaycan Respublikasının beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.

Eyni zamanda, humanitar və mədəni əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsidir. Bakıda və Romada keçirilən mədəniyyət günləri, sərgilər, musiqi layihələri xalqlarımız arasında qarşılıqlı anlayış və dostluğun möhkəmlənməsinə töhfə verir.

Azərbaycan və İtaliya arasında qurulan bu çoxşaxəli əməkdaşlıq gələcəkdə də davam edəcək, yeni layihələr və təşəbbüslərlə zənginləşərək hər iki ölkənin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəkdir.



Səfalı Paşayev, YAP Masallı rayon təşkilatının sədr müavini
Seçilən
60
1
azadmedia.az

2Mənbələr