Özbəkistan Futbol Assosiasiyası Fabio Kannavaronu milli komandanın baş məşqçisi təyin edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti 2026-cı il dünya çempionatı başa çatana qədər nəzərdə tutulub.
Kannavaronun sonuncu klubu 2025-ci ilin yazında ayrıldığı “Dinamo” (Zaqreb) olub. Onun rəhbərliyi altında komanda 14 oyunda 7 qələbə qazanıb, 5 dəfə uduzub və 2 dəfə heç-heçə edib. Tanınmış sabiq futbolçunun məşqçi karyerasında həmçinin “Udineze” və “Benevento” klubları da yer alıb.
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı il dünya çempionatında iştirak edəcək. Komanda seçmə mərhələyə Sloveniya mütəxəssisi Sreçko Katançın rəhbərliyi altında başlayıb. O, yanvar ayında səhhətindəki problemlərə görə vəzifəsindən ayrılıb.