AZ

Tramp yerini ona verəcək

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Vensin Ağ Evə növbəti respublikaçı namizəd olacağı ilə bağlı danışıb.

“Respublikaçıların növbəti namizədi, inanıram ki, namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq”.“Cebheinfo.az”-ın məlumatına görə, Marko Rubio “Fox News”- müsahibəsində belə deyib. 

Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp C.D.Vensin qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından ən çox ehtimal edilən namizəd olacağını bəyan etmişdi. Amerika liderinin oğlu Erik Tramp da qeyd edib ki, onun ailə üzvləri ABŞ prezidentliyinə namizəd ola bilərlər. 

Xatırladaq ki, Donlad Tramp 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının əsas namizədi kimi Venslə yanaşı, Rubionun da adını çəkmişdi. Lakin Dövlət katibi respublikaçıların növbəti namizədinin Vens olacağını bəyan etməklə faktiki olaraq prezidentliyə iddiasının olmadığını deyib. O, hətta gələcək prezident seçkilərində Vensə dəstək verməyə hazır olduğunu nümayiş etdirib. 

Vensin post-Tramp dövründən növbəti namizəd kimi adının son vaxtlar tez-tez çəkilməsi onun ABŞ cəmiyyətində populyarlığı ilə izah edilir. O, Trampla müqayisədə xeyli cavan olmaqla yanaşı, qətiyyətli, proseslərə sürətlə müdaxilə etməyi bacaran siyasətçi kimi xarakterizə edilir. 

Özündən əvvəlki Kamala Harris, Dik Çeyni kimi vitse-prezidentlərlə müqayisədə Cey Di Vensin daha populist və cəsarətli təsir bağışlaması onu yalnız respublikaçılar arasında deyil, ABŞ cəmiyyətində də məhşurlaşdırıb. Lakin Cey Di Vens ümumilikdə Prezident Trampın siyasi kursundan kənara çıxa bilmir. O, Trampın siyasi ritorikasını daha sərt şəkildə təkrarlayır. ABŞ Prezidenti fikrini tez-tez dəyişdikcə vitse-prezident də mövqeyini ona uyğunlaşdırmağa çalışır. 

Yəni Vensin özünün müstəqil yanaşması yoxdur. Bu da ona seçkilərdə problem yarada bilər. Eyni zamanda, ABŞ prezidentliyinə respublikaçıların namizədi olmaq üçün Vens öncə paymerizdən keçməlidir. Bir sözlə Vensi ağır siyasi və hüquqi prosedurlar gözləyir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Tramp Marko Rubio

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr