AZ

DTA: Sım kəndində turizm inkişaf edir FOTO/VİDEO

ain.az bildirir, Azvision portalına istinadən.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə DTA-nın təşkilatçılığı ilə Astaranın Sım kəndində keçirilmiş mediaturda dilə gətirib. O söyləyib ki, 800 nəfər əhalinin yaşadığı Sım kəndində 5 il əvvələdək hər hansı turizm infrastrukturu mövcud deyildi. "Agentlik tərəfindən kənddə müasir standartlar əsasında infrastruktur qurulub, habelə müxtəlif lazımi obyektlər açılıb, müvafiq tanıtımlar keçirilib. Kənd əhalisinin təqribən 60%-i turizm sahəsində işə cəlb edilib. Ümumilikdə, sakinlər turizmə öz töhfələrini verməyə maraqlıdırlar", – müşavir söyləyib.

Kənan Quluzadənin sözlərinə görə, Sım kəndinin xarici qonaqları əsasən Avropa və MDB ölkələrindən gələnlərdir. "Turistlər rahat istirahəti və gəzintisi üçün nəqliyyat infrastrukturu hazırlanıb, 17 ədəd yeni təmirli qonaq evi istifadəyə verilib. Eyni zamanda, kənddə bələdçilər fəaliyyətə başlayıblar", – o deyib.

Sədr müşaviri vurğulayıb ki, kənddə yerli və xarici turistlər üçün açıq hava altında muzey yaradılıb."Ümumiyyətlə, Sım kəndi Azərbaycanın ən gözəl turistik kəndlərindən biridir. Burada əhalinin turizm işinə həvəslə qoşulmaları digər kəndlər üçün də örnək təşkil edir". Kənan Quluzadə kəndin tarixi ilə əlaqədar də maraqlı məlumatlar verib. O bildirib ki, rəvayətə görə, "Sım" adı Nuh peyğəmbərin oğlunun adı ilə bağlıdır: "Kənddə həmçinin Səfəvilər dövrünə aid bir sıra tarixi abidə də mövcuddur".

Səbinə Həsənova

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
azvision.az

1Mənbələr