AZ

"Quba"nın baş məşqçisi postunu tərk etdi: "Burada qalmağın mənası yoxdur"

2-ci Liqa təmsilçisi "Quba"nın baş məşqçisi Elvin Həsənov postunu tərk edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçular klub prezidenti Ayaz Abdullayevlə dil tapa bilmədikləri üçün məşqlərə qatılmadıqlarına görə Həsənov da komandadan getməyi uyğun sayıb. 

Sözügedən mütəxəssislə əlaqə saxlayıb hər şeyi öz dilindən eşitmək istədik: "Bəli, doğru məlumatdır. Mövcud durum barədə çox danışmaq istəmirəm. Amma burada qalmağın mənası yoxdur. Komanda böyük ehtimalla, "Xankəndi" ilə çempionat oyununa çıxa bilməyəcək".

Xatırladaq ki, hazırda "Quba"nın 10 futbolçusu Bakıdadır və bölgəyə qayıtmaq istəmirlər. Səbəb maaşların vaxtında verilməməsi, meydan problemi üzündən məşqlərin normal qaydada keçilməməsi, Ayaz bəyin futbolçuların zənglərini cavabsız qoymasıdır.

Nihat

Seçilən
8
1
fanat.az

2Mənbələr