AZ

“HƏMAS-la aparılan danışıqlar son mərhələyə çatıb” –TRAMP

Qəzzada atəşkəslə bağlı HƏMAS-la  aparılan danışıqlar son mərhələyə çatıb.

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Tramp sosial şəbəkədə paylaşımında bildirib.

ABŞ prezidenti girovların azad edilməsi və müharibənin dayandırılması ilə bağlı Həmas və ərəb ölkələri ilə “çox müsbət” danışıqlar apardığını bildirib. O qeyd edib ki, texniki qruplar detalları yekunlaşdırmaq üçün Misirdə işlərini davam etdirəcək.

Tramp prosesin sürətləndirilməsinə çağırıb və gecikdiriləcəyi təqdirdə kütləvi qan tökülməsi riski barədə xəbərdarlıq edib.

AzPost.az

Seçilən
5
1
azpost.info

2Mənbələr