AZ

Ərdoğan Trampın Nobel Sülh Mükafatına təsir edə bilər

Ajans.az xəbər verir ki,bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Türkiyə rəsmilərinin verdiyi məlumata görə, iki lider arasında keçirilən telefon danışığı konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Görüşdə Türkiyənin davamlı atəşkəsin təmin olunmasında oynaya biləcəyi rola xüsusi diqqət yetirilib. Ankaradakı siyasi müşahidəçilər hesab edirlər ki, Ərdoğan özünün müsəlman dünyasındakı nüfuzundan istifadə edərək İsrail, Fələstin və Qərb dövlətləri arasında vasitəçilik edə biləcək əsas liderlərdən biri kimi çıxış edə bilər. Bu isə, Tramp üçün sülh təşəbbüslərində önəmli tərəfdaşla əməkdaşlıq etməklə, yenidən beynəlxalq arenada özünü "sülhün memarı" kimi təqdim etmək imkanı yaradır. Analitiklərin fikrincə, əgər Türkiyə ərəb ölkələri ilə konsensusa nail olub atəşkəsin əldə edilməsinə töhfə verə bilsə, bu həm Ərdoğan üçün beynəlxalq nüfuzun gücləndirilməsi, həm də Tramp üçün diplomatik uğur və Nobel Sülh Mükafatı namizədliyi baxımından əhəmiyyətli nəticələr verə bilər. Eyni zamanda, bu cür diplomatik əməkdaşlıq Ərdoğan üçün də mühüm siyasi dividendlər vəd edir. Türkiyə bu yolla özünü qlobal sülh təşəbbüslərinin mərkəzində dayanan, müstəqil və təsirli regional güc kimi təqdim edə bilər. Müşahidəçilər qeyd edirlər ki, Tramp və Ərdoğan arasında bu istiqamətdə potensial əməkdaşlıq həm siyasi, həm də simvolik səviyyədə hər iki lider üçün ciddi dividendlər gətirə bilər. Bu, Trampın Nobel Sülh Mükafatı kimi beynəlxalq nüfuzlu bir mükafata iddiasını da gücləndirə bilər.

 

Seçilən
44
Ajans.az

1Mənbələr