Apasport saytından verilən məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının VIII turu çərçivəsində “Şamaxı” səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır? Fiziki, yoxsa taktiki sarıdan pisdir? Maksimumu edirik. Səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi".
Azər Həşimov: “Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var“
Valdas Dambrauskas: “VAR hakimin verdiyi qərarı dəstəkləməlidir”
“Sabah”dan inamlı qələbə - YENİLƏNİB
Millimiz Özbəkistanla qarşılaşacaq
Ayxan Abbasov Fransa və Ukrayna ilə oyunlar üçün heyəti açıqlayıb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.