AZ

“Qəbələ” evdə “Şamaxı”ya uduzdu

Misli Premyer Liqasının VII turuna yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turun son qarşılaşması Qəbələdə baş tutub.

Görüşdə yerli “Qəbələ” komandası doğma meydanda “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub. Qonaqların yeganə qolunu 7-ci dəqiqədə Rikardo Apolinario penaltidən vurub.

Bu nəticədən sonra “Qəbələ” 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb, “Şamaxı” isə 9 xalla yeddinci yerə yüksəlib.

Bu gün keçirilən digər oyunda “Sabah” səfərdə “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0) üstələyib. “Zirə” – “Neftçi” görüşü isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Seçilən
20
8
90deqiqe.az

10Mənbələr