Pekin, 5 oktyabr, AZƏRTAC
Hindistanın Qərbi Benqal ştatında aramsız yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, sürüşmə nəticəsində 5 nəfər itkin düşüb, xəsarət alanlar var. Axtarış-xilasetmə, təbii fəlakətdən zərər görənlərə dəstək işlərinə xeyli canlı qüvvə və texnika cəlb olunub.
Şiddətli yağışlar Şimali Benqal zonasında körpünün dağılmasına səbəb olub. Bundan başqa, ştatın bir neçə yerində də torpaq sürüşməsi və palçıq axını baş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin