AZ

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Britaniya nəşri WhatCar aparılan araşdırma əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib.Bizim.Media xəbər verir ki, məlumata görə, Böyük Britaniyada ən problemli avtomobil hazırkı nəsil Nissan Juke krossoveri olub.

 

Onun etibarlılıq göstəricisi cəmi 55,2% təşkil edib. Bu da bu il tədqiqatda iştirak edən bütün avtomobillər arasında ən aşağı nəticədir. Əsas problemlər 12 voltluq akkumulyator, mühərrik və əyləc sistemi ilə bağlıdır.

İkinci yerdə son nəsil Volkswagen Tiguan qərarlaşıb. Onun etibarlılığı 64,2% qiymətləndirilib. Bu modeldə tez-tez multimedia sistemi, əyləclər və elektronika sıradan çıxır.Üçüncü sırada isə əvvəlki nəsil Kia Sportage dayanır. Onun etibarlılıq göstəricisi 72,9% olub. Ən geniş yayılmış nasazlıqlar – mühərrik, sürət qutusu və əyləc sistemində yaranan problemlərdir.Siyahıya həmçinin aşağıdakı modellər də daxildir:Mazda CX-60Mercedes-Benz C-ClassVolvo S90Audi Q7Volkswagen ID.4Hyundai Ioniq ElectricRenault Austral

 

Bundan əvvəl Toyota markasının ən etibarsız avtomobilləri açıqlanmışdı. Son 20 ilin ən problemli Toyota modeli idman kupesi GR Supra olub. Əsas nasazlıqlar əyləc köməkçi sistemi və təhlükəsizlik kəməri dartıcısında qeydə alınıb.

Həmçinin Toyota-nın ən yeni modellərindən olan bZ4X markanın ən az etibarlı avtomobili hesab olunur. Bu modeldə ən çox rast gəlinən problem isə mərkəz boltlarının keyfiyyəti ilə bağlıdır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
2
bizim.media

3Mənbələr