AZ

Tramp Türkiyəyə təşəkkür etdi

“Qəzza planının hazırlanmasında mənə kömək edən bir çoxlarına – Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və daha çoxuna təşəkkür etmək istəyirəm”.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ prezidenti Tramp HƏMAS-ın Qəzzada atəşkəs planına reaksiyası ilə bağlı sosial media hesabından açıqlama yayıb. Tramp açıqlamasında qeyd edib:

“HƏMAS-ın indicə verdiyi açıqlamaya əsaslanaraq, onların qalıcı sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzanı bombardmanını dərhal dayandırmalıdır ki, məhbusları tez və təhlükəsiz şəkildə çıxara bilək”.

Qəzzada vəziyyətin hazırda təhlükəli olduğuna diqqət çəkən ABŞ prezidenti artıq təfərrüatlarla bağlı müzakirələr aparıldığını deyib:

“Bu, təkcə Qəzza ilə bağlı deyil, uzun müddətdir axtarılan Yaxın Şərq sülhü ilə bağlıdır”.

Yeganə

Seçilən
17
busaat.az

1Mənbələr