Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Alanyaspor”u qəbul edib.
Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Turun mərkəzi görüşündə isə “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran “cimbom” 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.
Görüş elə bu hesabla da yekunlaşıb - 1:1.
"Cebheinfo.az"