Dünən Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evində 75 yaşında dünyasını dəyişən sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilib.
Senzor.az bildirir ki, vida mərasimində Baş nazir Əli Əsədov, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, eləcə də səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və digər dövlət rəsmiləri, o cümlədən bir sıra ictimai-siyasi xadimlər və mərhumun yaxınları iştirak ediblər.
Oqtay Şirəliyev vida mərasimindən sonra dəfn olunub. O, Yasamalda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
(Video əlavə olunub)