AZ

Ukrayna ordusu rusların raket gəmisini və neft zavodunu vurub

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri işğalçı ölkədə bir neçə mühüm hədəfə, o cümlədən Rusiyanın ən böyük neft emalı zavodlarından birinə və raket gəmisini vurub.
Paralel.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb .
"Buyan-M kiçik raket gəmisi Oneqa gölü (Kareliya Respublikası, Rusiya) yaxınlığında zədələnib. Zərərin miqyası müəyyənləşdirilir. Bundan əlavə olaraq  Ukrayna ordusu eyni zamanda Leninqrad vilayətindəki Kirişi Neft Emalı Zavoduna zərbə endirib və orada partlayışların, güclü yanğının qeydə alınıb”, - məlumatda deyilir. 
Məlumatda qeyd olunur ki, illik gücü 18,4 milyon ton neft emalı olan Neft Emalı Zavodu Rusiyanın ən böyük zavodlarından biridir.
Müdafiə Qüvvələri, həmçinin Kursk vilayətində İsgəndər OTRK-dan “Qarmon” radar sistemini və nəqliyyat-yükləyici maşını məhv edib.
"Düşmənin Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki 8-ci ordusunun komanda məntəqəsinə də zərbə endirilib. Hədəf vurulub. Nəticələr dəqiqləşdirilir", - deyə Baş Qərargah məlumat yayıb.

Mürtəza

Seçilən
15
2
paralel.az

4Mənbələr