AZ

Çin Trampa 1 trilyon dollarlıq investisiya təklif edir – Əvəzində isə...

Çin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ABŞ-da Çin investisiyalarına qoyulan məhdudiyyətlərin mümkün ləğvi ilə bağlı danışıqlar aparır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.

Mənbələrin məlumatına görə, Pekin ticarət danışıqları çərçivəsində ABŞ-a 1 trilyon dollarlıq investisiya təklif edib. Qeyd olunur ki, Çin bunun müqabilində ABŞ-da inşa edilən Çin müəssisələrinin istifadə etdiyi resursların idxalına tariflərin azaldılmasını tələb edir.

Bloomberg vurğulayır ki, Vaşinqton Pekinin təkliflərini qəbul edərsə, ABŞ-a potensial Çin sərmayəsinin həcmi hələ də müzakirə olunur.

Musavat.com

Seçilən
7
1
musavat.com

5Mənbələr