Bakı. Trend:
Bu gün Cəbrayıl şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldanazad edilməsinin 5-ci ili tamam olur. 2020-ci il oktyabrın 4-dəşəhərin azad olunması Vətən müharibəsinin ilk mühüm uğurlarındanbiri kimi hərbi əməliyyatların sonrakı gedişatına əhəmiyyətlitəsirini göstərdi, ordumuzun döyüş ruhunu, xalqımızın qələbə əzminidaha da yüksəltdi. Bu hadisə düşmənin döyüş meydanında tam məğlubediləcəyi tarixin uzaqda olmadığını göstərdi.
Vətən müharibəsinin ilk həftəsində Füzuli və Cəbrayılrayonlarının bir neçə kəndi, o cümlədən Suqovuşan kəndi işğaldanazad olundu. Cəbrayıl isə 44 günlük müharibədə azad edilən ilkşəhərimizdir. Bu baxımdan 27 il işğal altında qalan şəhərin azadedilməsi Azərbaycanın Vətən savaşında qazandığı ilk strateji uğuroldu. Cənab Prezident İlham Əliyevin bu tarixi hadisə münasibətiləmüraciət edərək təbriklərini çatdırması, «Biz ədaləti bərpa edirik,ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərinidoğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, bizzəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» -deyəbəyan etməsi xalqımızın qələbə ovqatını daha yüksəltdi.
Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxanacınacaqlı mənzərə erməni vandallığının və barbarlığının növbətinümayişi oldu. İşğal dövründə düşmən digər şəhər və kəndlərimizkimi Cəbrayılda da daşı daş üstə qoymamışdı. Vətən müharibəsininbaşa çatmasından sonra, 2020-ci il noyabrın 17-də Cəbrayıla səfəredən cənab İlham Əliyev şəhərin bərpa ediləcəyini, burada inzibativə ictimai binaların, məktəblərin, tibb ocaqlarının inşaediləcəyini, bütün infrastrukturların yaradılacağını bəyan etdi. 5il böyük zaman kəsiyi deyil. Lakin bu dövrdə Cəbrayıl şəhərində vəümumilikdə Cəbrayıl rayonunda həyata keçirilən bərpa və quruculuqişləri cənab Prezidentin sözlərinin sürətlə həyata vəsiqə aldığınıgöstərir. Dövlət başçısının dediyi kimi, Cəbrayıl bərpa edilir,dirçəlir və yenidən həyata qayıdır. 2020-ci ildən başlayaraq həmşəhərin, həm də bütövlükdə rayonun yenidən qurulması istiqamətindəçoxsaylı layihələr həyata keçirilir.
Bütün bunların nəticəsi kimi rayonda həyat öz axarına qayıtmağabaşlayır. Cəbrayıl şəhərində artıq yaşayış var. 1993-cü ildəevlərini tərk etməyə məcbur olan şəhər sakinləri ötən ildənbaşlayaraq doğma yurda qayıdırlar. İşğaldan azad edilmiş ərazilərəBöyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulanCəbrayıl şəhərinə respublikamızın müxtəlif ərazilərindəməskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilinsentyabrın 26-da yola salınıb. Həmin gün şəhərə 36 ailə - 117 nəfərqayıdıb. Ümumilikdə isə, ötən bir il ərzində Cəbrayıl şəhərinə 2900nəfərə yaxın keçmiş məcburi köçkün qayıdıb. Baş plana əsasən2026-cı ilin sonunadək şəhərdə təqribən 3800 nəfər, 2040-cı ilinsonuna qədər isə 15 min nəfər sakinin qayıtması nəzərdətutulur.
Cəbrayıl şəhərində salınan ilk çoxmənzilli yaşayış məhəlləsinintəməli 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyeviniştirakı ilə qoyulub. Ötən il oktyabrın 4-də açılışı olan kompleks33 yaşayış binasından ibarətdir. Bu binalarda 712 mənzil var. Bütünmənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitməsistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildəkeçmiş məcburi köçkünlərə təqdim olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsindənsonra ilk səfər etdiyi rayonlardan biri Cəbrayıl olub. Ümumilikdəisə indiyədək dövlətimizin başçısı Cəbrayıl rayonuna 10 dəfə səfəredib. Hər bir səfər rayonun və Cəbrayıl şəhərinin həyatındaəlamətdar hadisəyə çevrilib, təməlqoyma və açılış mərasimləri iləyadda qalıb. Cəbrayıl şəhərinin yenidən qurulması ilə yanaşı,rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinində təməli qoyulub.
Cəbrayılın bərpası da digər rayonlarımız kimi kompleks şəkildəhəyata keçirilir. Cəbrayıl şəhərinin və kəndlərin yenidən qurulmasıilə yanaşı, rayonda yeni infrastrukturlar yaradılır, doğma yurdunaqayıdan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi diqqətmərkəzində saxlanılır. İndiyədək rayonda enerji və yolinfrastrukturlarının yenidən qurulması istiqamətində onlarlalayihənin təməli qoyulub və onların bir qisminin icrası başaçatdırılıb. Cəbrayılda yaradılan “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkı yalnız rayonun deyil, bütün Şərqi Zəngəzur iqtisadirayonunun sosial-iqtisadi prioritetləri baxımından böyük əhəmiyyətkəsb edir. Əsas fəaliyyət istiqamətləri kimi burada logistika vəticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satışobyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digərtexnikaların təmiri məntəqələri yaradılır. Hazırda buradainvestisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyektirezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdankeçib.
İndiyə qədər görülən işlərin miqyası göstərir ki, Cəbrayılınbərpası və quruculuğu möhtəşəmdir. Rayon sürətlə dirçəlir, doğmasakinlərinə qucaq açır, Azərbaycanın zəfərini və yüksəlişinidünyaya bəyan edir.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixliSərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmişəraziləri üzrə şəhər günləri təsis olunub. Sözügedən Sərəncamaəsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl şəhəri günü kimi qeydolunur. 2020-ci ilin payızına qədər biz Cəbrayılın işğalındankədərlə bəhs edirdik. Bu gün isə xalqımız Cəbrayılın azad olunduğutarixi, Cəbrayıl şəhəri gününü fərəhlə qarşılayır və qeyd edir. Bu,xalqımızın şərəfli tarixi, zəfər yürüşünün qürur doğuransəhifəsidir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı