AZ

Azərbaycan sülh missiyasını Avropaya daşıyır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kopenhagen bu gün təkcə Avropanın diplomatik mərkəzi deyil, həm də Azərbaycanın sülh və əməkdaşlıq missiyasının səsləndiyi məkandır. Prezident İlham Əliyevin Danimarkaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərin də ana xəttini Azərbaycanın regiona gətirdiyi sülhün təşviqi təşkil edib.
Xüsusi diqqətçəkən məqam isə görüşlərin təşəbbüskarının qarşı tərəflərin olmasıdır. Yəni Avropanın aparıcı liderləri bir-bir İlham Əliyevlə görüşmək üçün müraciət edirlər. Bu, dövlət başçımızın dünyadakı nüfuzunun, ölkəmizə göstərilən hörmətin və Azərbaycanın formalaşdırdığı müsbət imicin göstəricisidir.
Görüşlər sırasında xüsusi diqqətçəkəni Ukrayna Prezidenti Volodimir Zelenski ilə olub. Ukrayna lideri Prezident İlham Əliyevi Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə təbrik edib. Azərbaycan Prezidenti isə minnətdarlıqla cavab verərək bu addımların tarixi əhəmiyyətini və Azərbaycanın davamlı sülhün təmin olunması istiqamətində qətiyyətini vurğulayıb.
Söhbətdə təkcə diplomatiya yox, humanitar əməkdaşlıq da diqqət mərkəzində olub.
Azərbaycanın ukraynalı uşaqlara göstərdiyi qayğıya görə V.Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Kopenhagendə daha bir mühüm görüş isə Niderlandın Baş naziri Dik Sxof ilə keçirilib. O da Vaşinqton Bəyannaməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edib.
Prezident isə sənədin regional sülh baxımından əhəmiyyətini vurğulayıb.
Əlaqələr yalnız siyasi müstəvidə deyil, iqtisadi sahədə də möhkəmlənir: gəmiçilikdən kənd təsərrüfatına, elektrik sənayesindən şəhərsalmaya qədər Niderland şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti xüsusi qeyd olunub.
Baş nazir həmçinin COP29-un uğurlu keçirilməsini vurğulayaraq beynəlxalq iqlim gündəliyində əldə olunan nəticələri yüksək qiymətləndirib.
Fransa Prezidenti Emmanuel Makronla görüş isə Azərbaycanın Avropadakı diplomatik çəkisini bir daha ortaya qoyur. E.Makron da sülh istiqamətində əldə olunan nəticələrə görə Prezident İlham Əliyevi təbrik edib.
Prezident isə bildirib ki, artıq sülh gündəliyinin irəli aparılması üçün müxtəlif istiqamətlərdə konkret fəaliyyət həyata keçirilir. Danışıqlarda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Beləliklə, Kopenhagen səfəri Azərbaycanın sülh gündəliyini Avropanın siyasi paytaxtına daşıyıb. Bu görüşlər Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun, ölkəmizə olan etimadın və Azərbaycanın bölgədə etibarlı tərəfdaş kimi qəbul edilməsinin daha bir sübutudur.
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
33
25
oxu.az

10Mənbələr