AZ

"Park City"dəsakinlər illərdir çıxarış ala bilmirlər – ŞİKAYƏTVİDEO

Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 19 mərtəbəli "Park City" yaşayış kompleksində məskunlaşan sakinlər çıxılmaz vəziyyətə düşdüklərini deyirlər. Onların əsas şikayəti mənzillərə çıxarışların verilməməsidir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, dəfələrlə yaşadıqları ''Park City'' yaşayış kompleksinin rəhbərliyi ilə bu məsələni müzakirə edib, addımlar atsalar da, adekvat cavab ala bilməyiblər. Başqa sözlə, şirkət çıxarışların verilməsi prosesini uzadır.

Sakinlərin digər narazılığı isə yeraltı qaraj ödənişləri ilə bağlıdır. Onların sözlərinə görə, 60 manat olan aylıq ödəniş qəfil 100 manata qaldırılıb. Bu isə sakinlər arasında narazılıq yaradıb.

"Park City" yaşayış kompleksinin hüquqşunası isə şifahi olaraq bildirdi ki, sakinlərə çıxarışların verilməsi üçün Əmlak Məsələləri Dövlət xidmətinə sənədlər təqdim edilib. O ki, qaldı qaraj pullarının artırılmasına, şirkətdən bildirildi ki, həmin qarajlar bir neçə sahibkar tərəfindən özəlləşdirilib və qiyməti onlar təyin edir. Yəni şirkətə heç bir aidiyəti yoxdur.

Əmlak Məsələləri üzrə dövlət xidmətindən isə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

 

Seçilən
76
xezerxeber.az

1Mənbələr