AZ

Böyük Britaniyada nazirin çıxışı etiraza səbəb olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

London, 3 oktyabr, AZƏRTAC

Mançesterdə sinaqoq hücumu qurbanlarının xatirəsinə həsr olunan anım mərasimində Böyük Britaniyanın Baş nazirinin müavini və ədliyyə naziri Devid Lemminin çıxışı etirazçılar tərəfindən kəsilərək yarımçıq qalıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, polis daha əvvəl açıqlamışdı ki, hücum zamanı ölən 2 nəfərdən 1-i səhvən polis gülləsinə tuş gəlib. D. Lemminin adı elan edilərkən izdiham arasında “Utanc olsun sizə” və “Fələstinə gedin, bizi rahat buraxın” kimi şüarlar səsləndirilib. Anım mərasimi hazırda davam edir.

Qeyd edək ki, Böyük Britaniyanın Mançester şəhərində Hiton Park sinaqoqunda saxta intihar kəməri geyinmiş şəxs əvvəlcə avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib. Polis onu güllələyərək öldürüb. Hücum edənin 35 yaşlı suriyaəsilli Britaniya vətəndaşı Cihad Əl-Şaminin olduğu bildirilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
3
azertag.az

4Mənbələr