AZ

Özbəkistan millisinin yeni baş məşqçisi Fabio Kannavaro olacaq

Futbol üzrə Özbəkistan yığmasının yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yığmanın sükanı italiyalı mütəxəssis Fabio Kannavaroya tapşırılacaq. Tərəflər artıq razılığa gəlib və yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Rəsmi təyinatın oktyabrın 6-da açıqlanacağı bildirilir.

2006-cı il dünya çempionu olan Kannavaro məşqçilik karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu, Çinin bir neçə komandasını və bu ölkənin yığmasını çalışdırıb. İtaliyada “Benevento” və “Udineze”yə rəhbərlik edən mütəxəssis son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda fəaliyyət göstərib.

Qeyd edək ki, Fabio Kannavaro bu vəzifədə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazandıran Timur Kapadzeni əvəzləyəcək.

Seçilən
65
90deqiqe.az

1Mənbələr