AZ

Bakıda "Tağıyev: Sona” filminin təqdimat mərasimi keçirilir

BAKI, 3 oktyabr. TELEQRAF

Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Tağıyev: Sona” filminin təqdimat mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və bir çox dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak edirlər.

“Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “TAĞIYEV” filminin üçüncü bölümüdür.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi və Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Seçilən
5
3
teleqraf.com

4Mənbələr