
Silsilə tədbirlərdə İtaliyadan olan media nümayəndələrin iştirakı ilə 80 turizm şirkəti və Azərbaycanın yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər və şəbəkələşmə tədbirləri təşkil olunub. Həmçinin Azərbaycanın qonaqpərvərlik sahəsi, sağlamlıq turizmi layihələri, həmçinin mədəni turizm imkanları ilə bağlı təqdimat nümayiş etdirilib.

Tədbirdə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski musiqi ifaları ilə çıxış edib.

İtaliyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti28-30 sentyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edib. Sammitdə iştirak edən yüksək səviyyəli spikerlər arasında İtaliyanın Baş naziri Giorgia Meloni, BMT-Turizmin Baş katibi Şeyxa Nasser Al Novais və aparıcı beynəlxalq turizm şirkətlərinin yüksək vəzifəli rəhbərləri yer alıb.

Qeyd edək ki, AZAL tərəfindən Milandan Bakıya hər gün, “WizzAir” hava yolları şirkəti tərəfindən isə Romadan Bakıya həftədə dörd dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
AzVision.az