AZ

Altı ayda bank sektorunda 56,7 mln. manatlıq kredit silinib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda bank sektoru üzrə 56.7 mln. manat məbləğində silinmə baş verib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki,silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 61.1%-i (34.61 mln. manat) istehlak portfeli üzrə, 38.8%-i (22 mln. manat) isə biznes portfeli üzrə olub.

Məlumata görə, biznesin kreditlərinin cəmi 2.8%-i qeyri-işlək statusundadır. Belə ki,ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin (QİK) həcmi 14.9% artaraq 431 mln. manat təşkil etmişdir. QİK əmsalı isə 0.3 faiz bəndi artaraq 2.8% təşkil etmişdir. Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən tikinti sektoru üzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir.

2025-ci ilin ilk 6 ayı ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 30% artaraq (75 mln. manat) 321 mln. manat olmuşdur. Eyni zamanda, QİK əmsalı 0.7 faiz bəndi artaraq 3.6%-ə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
apa.az

2Mənbələr