AZ

Su ehtiyatlarımız tükənir: Dəniz suyundan istifadə olunacaq?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dəniz suyunun təmizlənərək istifadə olunması bir çox ölkələrdə geniş tətbiq olunur. Xüsusilə su ehtiyatları az olan ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanı, Qətər və digər ərəb ölkələrində, həmçinin İsraildə bu metod geniş istifadə edilir. Avstraliyada kənd təsərrüfatında, ABŞ-ın bir çox kənd təsərrüfat sahələrində isə dəniz suyu xüsusi üsullarla təmizlənərək istifadə olunur".Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.O, bildirib ki, Azərbaycan da artıq dəniz suyunun təmizlənməsi, yəni, dusuzlaşdırılması sahəsində investisiya yatırmağı planlaşdırıb və bu məqsədlə müqavilələr imzalanıb:"Məsələn, Aqua Power şirkəti tərəfindən belə bir zavodun tikintisi nəzərdə tutulur. Bununla yanaşı, ölkədə su ehtiyatlarının qənaətlə istifadə olunması vacibdir. Qafqazda ən az su ehtiyatına malik olan ölkə kimi, Azərbaycanın su ehtiyatlarının 70%-i transitdir və qonşu ölkələrdən asılıdır. İçməli su ehtiyatları isə yalnız 35–37% təşkil edir".Ekoloq bildirib ki, suvarma sistemində problemlər mövcuddur: "Boru xətləri və su saxlama ambarları kifayət qədər müasir deyil, torpaq kanallarda isə 40–50%-ə qədər su itkisi baş verir. Əkin sahələrinin əksəriyyətində tətbiq olunan səpələmə üsulu suyun bitkinin yuxarı hissəsinə çatmasına imkan verir, aşağı hissələr isə kifayət qədər su almır. Bu səbəbdən müasir suvarma metodlarının tətbiqi zəruridir".Onun sözlərinə görə, əgər müasir metodlar tətbiq olunarsa, su ehtiyatlarından qənaətlə istifadə etmək mümkün olacaq və texniki məqsədlər üçün də təmizlənmiş su istifadə edilə bilər:"Bununla belə, bu proses müəyyən qədər maliyyə və texniki resurs tələb edir, məsələn, membranların dəyişdirilməsi və daha kiçik membranlardan istifadə kimi".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
demokrat.az

2Mənbələr