AZ

Azərbaycanın neft idxalının həcmini açıqlanıb

Azərbaycan bu ilin yanvar-iyul aylarında 353 milyon 814,97 min ABŞ dolları dəyərində 734 min 854,55 ton neft idxal edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Neft idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 37,1 %, dəyər ifadəfində isə 1,9 dəfə azalıb.Neftin əsas həcmi (94,2 %) Rusiyadan idxal edilib. Bu ölkədən 331 milyon 28,23 min ABŞ dolları (- 1,7 dəfə) dəyərində 692 min 697 ton (- 31,5 %) neft tədarük edilib.Hesabat dövründə Azərbaycan, həmçinin Qazaxıstandan 22 milyon 651,64 min ABŞ dolları (- 0,8 %) dəyərində 41 min 792,43 ton (+20,8 %) neft idxal edib. İraqdan isə 135,09 min ABŞ dollar 365,12 tonneft (2024-cü ilin 7 ayında təchizat olmayıb) idxal edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə 1,02 milyard ABŞ dolları (2023-cü illə müqayisədə 5,3% artıb) dəyərində 1,869 milyon ton (+2,5 %) neft idxal edib.

Seçilən
21
2
metbuat.az

3Mənbələr