AZ

Bakı Sumqayıt yolunda motosiklet piyadanı vurdu: Sürücü öldü

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yolun 21-ci kilometrliyində qeydə alınıb.

Sumqayıtdan Bakı istiqamətdə hərəkətdə olan 99-L-751 nömrə nişanlı motosiklet hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Hadisə nəticəsində piyadanı vuran motosikletin sürücüsü idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə zamanı piyada xəsarət alıb, motosikletin sürücüsü isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
oxu.az

3Mənbələr