AZ

Putin Rusiyanın NATO-ya üzv olmaq istəyinin iki dəfə rədd edildiyini açıqladı və Avropanı hədələdi...


Rusiya prezidenti Putin Soçidə Valday Diskussiya Klubunun toplantısında Avropa liderlərini və NATO-nu hədəf alan açıqlamalar verib.

Putin iddia edib ki, Avropada “birləşmiş elita” Rusiyaya qarşı hücuma hazırlıq barədə təsəvvürləri körükləyir: "Avropa liderləri isteriyanı gücləndirməkdə davam edir. Hətta özləri də Rusiyanın NATO-ya hücum edəcəyinə inanmırlar. Əgər buna həqiqətən inanırlarsa, inanılmaz dərəcədə bacarıqsızdırlar, inanmırlarsa, dürüst deyillər".

Avropanın “müharibəyə hazırlaşdığını” vurğulayan Putin Rusiyanın bu hazırlıqlara gecikmədən cavab verəcəyini bildirib: “Rusiya baş verənlərə göz yuma bilməz. Avropadakı hərbiləşməni yaxından izləyirik və tezliklə buna cavab verəcəyik".

Bütün NATO ölkələrinin Rusiyaya qarşı müharibə apardığını iddia edən Putin bəyan edib ki, Moskva 1954 və 2000-ci illərdə NATO-ya üzv olmaq arzusunu ifadə edib, lakin bu təşəbbüs rədd edilib: "Ölkəmiz bloklararası münaqişənin səbəblərini aradan qaldırmaq və ortaq təhlükəsizlik məkanı yaratmaq üçün iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib. Birinci dəfə 1954-cü ildə, ikinci dəfə isə Klintonun Moskvaya səfəri zamanı olub. Lakin hər iki cəhdimizdə rədd cavabı almışıq".

Qərb liderlərinin “geosiyasi və tarixi nümunələrin əsiri” olduğunu iddia edən Putin Klintonla görüşünü də xatırladıb: “Mənə bunun mümkün olduğunu söylədi. Lakin həmin axşam o, “məsləhətləşdim, bu, real deyil” deyərək geri addım etdi”.

TAHİR

Seçilən
21
baki-xeber.com

1Mənbələr