AZ

Bərdədə avtomobil kanala aşdı - FOTOLAR

Bərdədə idarəetmədən çıxan avtomobil kanala düşüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Mustafaza Elgün İdris oğlunun sürdüyü “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazanin ayağı sınıb.

Hadisə yerinə FHN-nin Bərdə yanğınsöndürən bölməsinin xilasediciləri gələrək sürücünün çıxararaq aidiyyatı üzrə təhvil verib. Avtomobilin kanaldan çıxarılması üçün iş aparılır.

Seçilən
25
cebheinfo.az

1Mənbələr