Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında Türk Dövlətləri Təşkilatının yaranmasına səbəb olan Naxçıvan Anlaşmasının 16-cı ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Dil, fikir və işdə birlik şüarımızın ən mühüm simvollarından biri olan Türk Dövlətləri Təşkilatının yaradılmasına imkan verən Naxçıvan Anlaşmasının 16-cı ildönümünü və ortaq anım günümüz – Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edirəm. Bu günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə və ölkələrimiz arasında münasibətlərin hər sahədə inkişafına töhfə verməsini arzulayıram. Ortaq gələcəyimiz parlaqdır, əməkdaşlığımız daim olsun".