Şəki, 3 oktyabr, AZƏRTAC
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında üçüncü olublar.
Daha əvvəl Maqsud Mahsudov oğlanların fərdi yarışında qızıl, S.Mahsudova qadınların fərdi mübarizəsində bürünc medal qazanmışdı.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.