BAKI, 3 oktyabr. TELEQRAF
Zəngilanda 91 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası tikiləcək.
Teleqraf xəbər verir ki, xəstəxananın tikintisi ilə bağlı hazırlıq işlərinə start verilir.
Müvəqqəti bina və qurğuların inşası üçün 1 milyon 212 min 329,64 manatlıq vəsait ayrılıb.
Qeyd edək ki, sifarişçi Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətidir.