AZ

ABADA Beynəlxalq Forumda təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası(ABADA) Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsiçərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika BiznesForumuna qatılıb.

Trend xəbərverir ki, tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəriHəbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: AvtomobilNəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərinibölüşüb.

ABADA rəhbəri Azərbaycanın daşıyıcılarının perspektivləri, OrtaDəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti,beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forumiştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, normativ-hüquqiislahatlar və gömrük prosedurlarının sadələşdirilməsi,rəqəmsallaşma, bir pəncərə prinsipi avtomobil daşımalarınınsürətləndirilməsinə xidmət etmiş olacaq. H. Həsənov həmçininbeynəlxalq əməkdaşlıqda Assosiasiyaların rolu, bu istiqamətdəABADA-nın perspektivləri mövzularına da toxunub.

Qeyd edək ki, 30 Sentyabr ‑ 2 oktyabr tarixləri arasında baştutan mötəbər Forumun məqsədlərindən biri Trans-Avrasiya nəqliyyatmarşrutlarının gələcəyini müzakirə etmək, Qazaxıstanın beynəlxalqtranzit rolunun artırılması və nəqliyyat‑logistika sektorundabeynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır. Forumda Avstriya,Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Hindistan, Çin, Latviya,Litva, BƏƏ, Pakistan, Rusiya, Rumıniya, ABŞ, Türkmənistan, Türkiyə,Özbəkistan, İsveçrə, Estoniya kimi ölkələrin dövlət nümayəndələriiştirak edib.

Azərbaycanı tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirininmüavini Rəhman Hümmətov təmsil edib.

ABADA
Seçilən
20
1
az.trend.az

4Mənbələr