AZ

Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açıldı

Polşada Ukrayna hərbçiləri üçün indiyədək ən böyük təlim mərkəzi istifadəyə verilib. Mərkəz eyni vaxtda 1200-ə qədər hərbçini qəbul etmək imkanına malikdir.

XəzərNews.az xəbər verir ki,məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.

Açılış mərasimində Polşanın milli müdafiə naziri Vladislav Kosinska-Kamış, Norveçin müdafiə naziri Tore Onschuus Sandvik, Estoniyanın müdafiə naziri Hanno Pevkur, həmçinin digər NATO ölkələrinin nümayəndələri iştirak ediblər.

Ukrayna nümayəndə heyətinə rəhbərlik edən general-leytenant Yevhen Moysiuk mərkəzin əhəmiyyətini vurğulayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim mərkəzi Polşa quru qoşunlarının poliqonlarından birində yerləşir. Bu layihə NATO-nun Ukraynaya dəstəyinin tərkib hissəsi olmaqla yanaşı, müdafiə potensialının gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığa zəmin yaradır.

Hazırda mərkəzdə 250 norveçli təlimatçı fəaliyyət göstərir. Yaxın vaxtlarda onlara Estoniya və digər NATO ölkələrinin hərbçiləri də qoşulacaq.

Xəbər 3 dəfə oxunub.
Seçilən
29
xezernews.az

1Mənbələr