AZ

Prokurorluq “Məlhəm” hospitalında körpə qalmaqalı ilə bağlı araşdırma aparır

Prokurorluq yazıçı-jurnalist Ulucay Akifin bacısı Gülənay Məmmədovanın “Məlhəm” hospitalda yeni dünyaya gələn övladının səhhətində yaranmış problemlərlə bağlı araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaş Gülənay Məmmədovanın müraciəti əsasında məsələ nəzarətə götürülüb. “Hazırda fakt üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluqdan qeyd olunub.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl vətəndaş Gülənay Məmmədova “Məlhəm” hospitalında ilk övladı dünyaya gətirib. Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi aşkarlanıb. Yaxınları buna görə xəstəxananın həkimi Pərvin Xəlilovanı günahkar bilirlər.

AzPost.az

Seçilən
29
5
azpost.info

7Mənbələr