DHS və FBI vətəndaşlardan "bəsirətlilik nümayiş etdirərək, potensial zorakılıq hallarını aşkar etmək, qarşısını almaq və dayandırmaq" üçün diqqətli olmağı xahiş ediblər.
Qeyd edək ki, 24 sentyabrda Texas ştatının Dallas şəhərində bir şəxs ICE obyektinin yaxınlığında atəş açıb. Hücum nəticəsində ən azı iki nəfər həlak olub. Hadisəni törədən şəxs istifadə etdiyi patronlarda ICE-ə qarşı tənqidi yazılar yerləşdirib.
ABŞ Prezidenti Donald Tramp isə bir neçə dəfə miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib və ölkə tarixində ən geniş miqrant deportasiyası əməliyyatını həyata keçirməyi planlaşdırdığını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31