AZ

Putindən DƏHŞƏTLİ açıqlama: "ABŞ-dan daha çox taktiki nüvə silahına malikik"

Putin Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun əsas sessiyasında çıxışı zamanı bir neçə vacib məsələyə toxunub.

Sitat.info xəbər verir ki, Putin Rusiyanın nüvə silahı sınağı keçirib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Kimlərsə bu sınaqlara hazırlaşır. Biz bunu görürük və bilirik. Bu sınaqlar keçirilərsə, biz də eyni sınaqları keçirəcəyik" .

Putin vurğulayıb ki, Rusiyanın nüvə silahları dünyanın digər ölkələrininkindən daha müasirdir və ABŞ-ın Yaponiyanın Xirosima və Naqasakiyə atdığı silahlardan daha güclüdür.

Belarusdan başqa heç bir ölkəyı taktiki nüvə silahı yerləşdirmədiyini qeyd edən Putin, ABŞ-ın bu silahları bütün dünyada yerləşdirdiyi halda, Rusiyanın ABŞ-dan daha çox taktiki nüvə silahına malik olduğunu bildirib.

Putin Rusiyanın “Oreşnik”, “Avanqard” və “Kinjal” hipersəs raket sistemlərinə malik olduğunu və digər silah sistemlərini inkişaf etdirməyə davam etdiklərini bildirib.

Nigar,

Sitat.info 

 

Seçilən
17
sitat.info

1Mənbələr