Sea Breeze

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Kamrizamil Bin Mohd Rza və Asiya Biznes Məktəbinin Bankçılıq və maliyyə proqramları üzrə baş direktoru, iqtisadiyyat elmləri professoru Hans Genberq ilə görüşüb.

Görüşdə sədr müavini Mərkəzi Bankın peşəkar inkişafa və istedadlı kadrların yetişdirilməsinə yönələn təşəbbüsləri, eləcə də bu istiqamətdə həyata keçirilən proqramlar haqqında danışıb. Professor Genberq öz növbəsində Asiya Biznes Məktəbinin fəaliyyəti, məqsədi, inkişaf gündəliyi və mərkəzi bankçılıq proqramları barədə məlumat verib.
Görüşdə həmçinin ikitərəfli maraq doğuran digər məsələlər, institusional əlaqələrin genişləndirilməsi perspektivləri və Mərkəzi Bankın əməkdaşlarının təklif olunan proqramlarda iştirak imkanları müzakirə olunub.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX