İsfahan yaxınlığındakı Zevare bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələ 00:05-də qeydə alınıb.
Zəlzələ Tehran və Qum şəhərlərində də hiss olunub və 10 kilometr dərinlikdə baş verib.
Hazırkı vaxtadək hər hansı bir ziyan və ya tələfat barədə məlumat verilməyib.