AZ

İlk dəfə Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair silsilə sərgilər keçirilir

Bakı. Trend:

2025-ci il oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərindəAzərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkilolunub.

Trend xəbərverir ki, sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət DəstəyiAgentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyitərəfindən icra olunan “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsiçərçivəsində keçirilib. Layihənin Belçikadakı tərəfdaşı “Fireland”Azərbaycanlılar Birliyidir.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyevbildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın minaprobleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir: “Münhen,Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayişetdirdiyimiz fotoları “danışan şəkillər” də adlandırmaq olar:

“Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmışminaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq,vaxt yetişib, 30 illlik işğal dövründə dinc insanlara qarşı buqəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasirəhbərləri indi cavab verməlidir. Avropa İttifaqının paytaxtısayılan Brüsseldən dünyaya xitabımız da ədalətin təmin olunmasınaminədir”.

Sərgidə mina qurbanı Elmir Bağırovun foto üzərində yazılıb:

“İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvüretmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, ogündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımıitirdim”.

Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı SamirƏlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvətedir: “Bir addım, iki partlayış…Davamını siz deyin...”. Üst-üstəbasdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovunyaşadıqları isə növbəti faciədir: “Minaları üst-üstə basdırmaqla nəetməyə çalışıblar? Bu qədər qəddarlıq niyədir? İş yoldaşımı minatələsindən xilas edərkən özüm qurbana çevrildim”.

Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsiləAzərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanışolublar.

“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davametdirməyi planlaşdırır.

İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
Seçilən
11
10
az.trend.az

10Mənbələr